30 iyun 2011 01:02
Xəzər Lənkəran`da yeni futbolçular
"Xəzər Lənkəran" daha bir futbolçunu baxışa çağırıb. Azerisport.az xəbər verir ki, Lənkəran klubu nigeriyalı Dino Ezeni sınayır.
27 yaşlı yarımmüdafiəçi "Xəzər Lənkəran"ın düşərgəsinə Rumıniyanın aşağı liqa təmsilçisi "Prahova Tomşani" klubundan gəlib. Mirça Rednik onu "Fulpmes" klubu ilə yoxlama oyununda meydana start heyətində buraxıb.
Qeyd edək ki, 1984-cü ilin 1 yanvarında dünyaya gələn Dino Eze karyerası ərzində Bolqarıstanın "Beroe", "Lokomotiv" (Plovdiv), Rumıniyanın "Dinamo" (Buxarest), "UTA Arad", "Gloria", "Steaua", "Cimia", Livanın "Ahli Tripoli" klublarında oynayıb. O, bu ilin əvvəlində "Ahli Tripoli"dən "Prahova Tomşani"yə keçib.
Qeyd edək ki, Mirça Rednik hazırda həmyerliləri - Çaba Borbeli və Florin Hidişanı da sınaqdan keçirir.
