30 iyun 2011 13:23

Rəşad Sadiqov: Uğursuzluğumuzu bağışlamazlar

“Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov UEFA Avropa Liqasının birinci mərhələsinin bu gün keçiriləcək Litva “Banga”sı ilə ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb.

- Komandada əhval-ruhiyyə necədi?
- Avrokubok oyunla zamanı əhval-ruhiyyə həmişə fərqli olur. İl ərzində Azərbaycan çempionatında bu turnirə hazırlaşırıq, vəsiqə qazanırıq ki, Azərbaycan xalqını yenə uğurlarımızla sevindirək. Hamı “Qarabağ”dan növbəti uğur gözləyir. Əks halda bizə uğursuzluğu bağışlamazlar. Ona görə də bu oyunlara kifayət qədər ciddi köklənmişik.
 
- Neçə mərhələ keçməyi düşünürsüz?
- Bizim futbol ictimaiyyətimiz kifayət qədər tələbkardı. Biz də öz növbəmizdə onları məyus etmək istəmirik. İki il ardıcıl pley-offda çıxış etmişik. Bu mövsüm minimum iki mərhələ keçməyi arzulayırıq. Sonra necə olacağını zaman göstərər.
 
- Ötən avrokuboklar mövsümü deyəsən tez keçdi, elə deyilmi?
- Bəli, elədi. Elə hiss var ki, sanki Polşa “Wisla”sı ilə bir ay öncə oynamışdıq. Mövsümlər tez-tez keçir. Hər halda yeni qələbələr gözləyirik.

- “Banga” səddi haqda nə deyərdiniz?
- Burda hər şeyə iki oyunun tamamında aydınlıq gəlmiş olacaq. Buna görə də çalışmalıyıq ki, çox şeyi səfərdə həll edək. Rəqibimiz hazırda çempionatda oynayır, oyun təcrübəsi baxımından problemləri yoxdu. Bu isə onların hazır, oynaya bilən komanda olmasına işarədi.
 
- Qurban Qurbanov qeyd edib ki, bu mövsüm ən çətin oyun məhz Qarqjdaydakı oyun olacaq...
- Belə görünür. Əgər yadınızdadırsa, ötən mövsüm Makedoniya “Metallurg”u ilə də oyunumuz çox çətin alındı. İlk 15 dəqiqədə rəqibin əlinə düşən imkanları yadınıza salın. Əgər onlar həmin vəziyyətlərdən yararlansaydılar, kim bilir bizim axırımız necə olacaqdı. Ona görə də ilk oyun həqiqətən çətindi. Böyük fasilədən sonra bir-birimizi başa düşmək məsələsi var.
 
- “Qarabağ” yorğunluqdan şikayətlənə bilər?
- Komandada bir qədər yorğunluq var. Axı biz bura birbaşa Türkiyə toplanışından gəlmişik. Ora da yığmanın oyunlarından çıxıb getmişdik. Çalışacağıq ki, hiss olunmasın. Məni matçın süni örtükdə oynanılması narahat edir.
 
- Yığmanın heyətində Astanada da belə meydanda oynamışdız...
- Onda biz yenə süni meydanda hazırlaşırdıq. Amma bu dəfə təbbi örtükdə hazırlaşmışıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.