30 iyun 2011 13:30
Vaqif Cavadov rəsmən Rusiya klubunda (FOTO)
Dünən rəsmən Hollandiyanın “Twente" klubunun heyətindən kənarlaşdırılan Vaqif Cavadov karyerasını Azərbaycandan kənarda davam etdirəcək. Azerisport.az xəbər verir ki, hollandların dünən müqaviləni pozduğu millimizin üzvü Rusiya klubu ilə anlaşıb.
Belə ki, Vaqif Rusiya Pemyer Liqasında çıxış edən Nijni Novqorodun “Volga” klubu ilə müqavilə bağlayıb.
Qeyd edək ki, Vaqif Rusiyanın ÇSKA (Moskva) klubunun yetirməsidi. 2004-2007-ci illərdə aşağı yaş qrupları üzrə komandalarında və əvəzedici heyətində çıxış edən 22 yaşlı forvard 2006-2007 mövsümündə əsas komandaya cəlb olunsa da, heyətə düşə bilməyib. 2007-ci ildə vətənə dönən futbolçu 2010-cu ilə qədər "Qarabağ"da çıxış edib (91 oyun, 18 qol). 2010-cu ilin yanvarında "Tvente"yə keçən millimizin hücumçusu rəsmi oyunlarda debüt edə bilməyib. Əvəzində 2 yoldaşlıq oyununa çıxaraq, 3 qol imza atab. Ötən mövsüm Hollandiya klubu onu "Bakı"ya icarəyə verib. Cavadov Azərbaycanın U-17 və U-21 yığmaları ilə yanaşı A Millidə də çıxış edib (29 oyun, 6 qol).
Vaqif Cavadovun yeni komandası 1963-cü ildə yaradılıb. "Volga" ev oyunlarını 17800 nəfərlik "Lokomotiv" stadionunda keçirir. Klubun prezidenti Aleksey Qoyxmandı. Komanda ötən mövsüm I divizionda 2-ci pilləni tutaraq Premyer Liqaya vəsiqə qazanıb. "Volga" bu mövsüm keçirdiyi 15 oyunda 5 qələbə qazanıb, 1 heç-heçə edib və 9 dəfə məğlub olubö. Komanda hazırda 16 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
"Volga"nın baş məşqçisi Dmitri Çerişevdi. Futbolçu karyerası ərzində Rusiyanın "Ximik", "Lokomotiv" (Nijni Novqorod), "Dinamo" (Moskva), İspaniyanın "Sportinq", "Burgos" və "Real Aranyues" klublarında çıxış etmiş 42 yaşlı mütəxəssis bu ildən "Volga"nı çalışdırır. O, futbolçu karyerası ərzində MDB və Rusiya yığmasının da formasını geyinib.