30 iyun 2011 13:41
Volga`nın prezidenti Vaqif Cavadovu təriflədi
Rusiya Premyer Liqasında çıxış edən Nijni Novqorod “Volga”sının prezidenti Aleksey Qoyxman Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovu transfer etmələrinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmis aytına açıqlamasında bunları dilə gətirib:
“Cavadov çox perspektivli oğlandı. Zədə səbəbindən onun “Twente”dəki karyerası alınmadı. Amma nəzərə almaq lazımdı ki, Stiv Maklaren də futbolçunun ala gözünə aşiq olduğu üçün çağırmazdı. Onu da qeyd edim ki, Cavadov Hollandiyaya məhz “Qarabağ”dakı çıxışı sayəsində yollanmışdı. Hansı ki, bu komanda son illər azarkeşlərin ən sevimli komandasına çevrilib. Bu, gənc oyunçunu xarakterizə edir. Hesab edirəm ki, Vaqif Cavadovun Rusiya Premyer Liqası klubuna transferi onun öz karyerasında da önəmli addımdı. Məşqçilərimiz onu hərtərəfli yoxlayıblar və tam razıdırlar. O, bizə lazım olan bir hücumçudu”.