30 iyun 2011 01:32

Arminas Narbekovas: Qarabağ`la evdə heç-heçə bizə də sərf edə bilər

Litvanın “Banga” klubunun baş məşqçisi Arminas Narbekovas Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la bu günkü ev oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
 
- “Qarabağ”la oyundan nə gözləyirsiz?
- Biz yenicə “Jalgiris”lə oynamışdıq. İndi isə “Qarabağ”la matça çıxmalıyıq. Amma digər tərəfdən bu, həm də yaxşıdı.

- Deməli, “Jalgiris”ə məğlubiyyət sizin kefinizi pozmayıb?
- Çempionat oyunlarını demək olar ki, hamımız unutmuşuq. Fikrimcə, indi ancaq bu oyuna motivasiya olmalıyıq.

- Sizin son oyununuzu “Qarabağ”ın rəsmisi də izləyib...
- Burda prinsipcə ciddi bir şey yoxdu. Biz onsuz da yaxşı oynamadıq. Məşqçi isə oyunçularımıza baxmağa gəlmişdi. Amma düşünürəm ki, futbolçular hər oyunda fərqli futbol sərgiləyirlər. Bir oyuna görə qərar vermək çətindi.
 
- Komandanızın kapitanı oynaya biləcək?
- O, son günlərdə zədə üzündən məşq edə bilmir. Onun durumuna matç ərəfəsində aydınlıq gələcək. Əgər məşq edə bilməsə, deməli, oynaya bilməyəcək.

- Bu, sizin üçün böyük itki deyil?
- O, komandaya lazım olan futbolçudu. Amma belə zədə olarkən heç nə etmək olmur. Heç kim bundan sığortalanmayıb. Həyat belədi.
 
- Dolu tribuna və süni örtük amili “Banga”ya kömək edə bilər?
- Fikrimcə, müəyyən qədər köməyi dəyə bilər. Biz hələ dolu stadionda oynamamışıq. Amma yaxşı oyunçu üçün necə meydançada oynamağın elə də fərqi olmamalıdı.
 
- “Qarabağ” ən azı qollu heç-heçəyə ümid edir. Bəs sizi bu, qane edəcək?
- Bizə də heç-heçə sərf edə bilər. Amma yalnız qolsuz olacağı halda.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.