30 iyun 2011 13:51
Elşən Məmmədov: Minsk`i keçmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq
AZAL-ın yeni transferlərindən olan Elşən Məmmədov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün qarşılaşacaqları Belarus “Minsk”i ilə oyun öncəsi komandasının şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində hücumçu bunları dilə gətirib:
“Birinci oyuna çox ciddi yanaşırıq. Çünki bu matçdan çox şey asılıdı. Yaxşı nəticə qazanmağımız vacibdi. Bu isə sadəcə qələbə ola bilər. Amma Belarus komandasını qətiyyən zəif hesab etmirəm. Sadəcə mərhələ keçmək istəyiriksə, qələbə qazanmağa borcluyuq. Bunun üçün bütün bacarığımızı meydanda qoymalıyıq. Ancaq belə olan halda uğur qazana bilərik”.
