30 iyun 2011 22:21
Qarabağ Banga`nın işini səfərdə bitirdi (YENİLƏNİB)
Bu gün UEFA Avropa Liqasındakı təmsilçilərimizdən “Qarabağ” avrokubokların yeni mövsümündə ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, birinci təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçimiz Litvanın “Banga” klubuyla ilk matçını səfərdə keçirib.
Qurban Qurbanovun çalışdırdığı Ağdam klubu son iki mövsümdə uğurlu çıxışı ilə Azərbaycanın avrokuboklardakı ən layiqli təmsilçisinə çevrilib. “Qarabağ” elə bu il də əsas favoritlərimizdən hesab olunur. Bu mənada “Banga” elə də çətin rəqib hesab olunmurdu. Amma istənilən halda ağdamlılar rəqibi zəif hesab etməməli və ciddiyə almağa borcluydular. Sözügedən komanda indiyə qədər heç vaxt avrokuboklarda iştirak etməyib və bu gün “Qarabağ” qitə miqyaslı turnirlərdə ilk görüşünə çıxacaq debütant rəqibinin tarixinə düşəcəkdi. Qarqjday şəhərinin təmilsçisi ötən mövsümü 6-cı pillədə başa vurmasına baxmayaraq, Litva kubokunun finalçısı kimi Avropa Liqasına vəsiqə qazanmışdı.
Gözlənildiyi kimi, komandamız səfər matçında sərfəli nəticə qazanmağı bacardı. Debüt görüşündə darmadağın olan rəqibinin tarixinə məhz belə uğura imza atmasıyla düşən təmsilçimiz demək olar ki, cütün taleyini elə səfər matçında həll etdi.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü iyulun 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Avropa Liqası
Birinci təsnifat mərhələsi
İlk oyun
30 iyun
BANGA – QARABAĞ - 0:4 (0:2)
Qol: R.Sadiqov, 16 (0:1), V.Nadirov, 32 (0:2), V.Nadirov, 70 (0:3), B.Soltanov, 87 (0:4)
Baş hakim: Torvaldor Arnason (İslandiya)
Qarqjday. “Qarqjday” stadionu.
BANGA: 1. Paulius Poçyus, 2. Deyvidas Padaygis, 5. Karolis Urbaitis, 7. Rimvidas Qrudis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, 13. Mantas Qudauskas, 21. İrmantas Zelmikas, 25. Çaleb Ekuequo, 32. Serge Tatyefanq, 40. Andrey Usaçov, 55. Maryan Çoruzi.
Ehtiyat oyunçular: 77. Denis Komelçiks, 8. Qayus Kulbis, 15. Gitis Qailius, 23. Anatoli Ostap, 24. Giedrius Ratkus, 37. Mindaugas Bitinas, 88. Marius Kazlauskas.
Baş məşqçi: Arminas Narbekovas.
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 6. Rəşad Sadiqov (k), 20. Nderim Nedzipi, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4.Zaur Həşimov, 9.Bəxtiyar Soltanov, 10.Emin İmaməliyev, 11.Rauf Əliyev, 23.Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
3. Yusifov qaydanı pozur. Lipskisin zərbəsi yan keçir
5. Komandamız topa nəzarət etməyə çalışır
7. "Qarabağ" rəqibi topsuz saxlayaraq yormala məşğuldu
8. 100 faizlik iik qol epizodu. Ansi Aqollinin yan asmasından sonra qapıçıdan dönən topu Vüqar boş qapıya göndərə bilmir
10. Meydan sahibləri əsasən əks-hücumlara bel bağlayırlar
11. Urbaitisin qapıçımızla üz-üzə qalmasına son anda Sadıqov mane olur
14. Nedzipinin ara ötürməsinə Vüqar çata bilmir
16. Qooooooooool. Adaşından dəqiq ötürmə alan Rəşad Sadiqov uzaqdan dəqiq zərbə ilə hesabı açır - 0:1
19. Lipskis Nedzipinin kobud oyununa görə təyin olunan cərimə zərbəsini özü yerinə yetirsə də, dəqiq olmur
22. Vüqara qarşı kobudluq cərimə zərbəsi ilə dəyərləndirilir. Nedzipinin yerinə yetirdiyi zərbə qeyri-dəqiq alınır
28. Vüqar topu rəqibdən oğurlayıb qapı qarşısına göndərsə də, təhlükəli vəziyyəti İlqar qolla tamamlaya bilmir
32. Qoooooooooooooooool. Vüqar möhtəşəm zərbə ilə komandamızın ikinci qoluna imza atır - 0:2
38. Vüqar 3-cü qolu vurmağa yaxın olsa da, bu istəyini reallaşdıra bilmir
39. Adamiyanın gözəl keçidindən sonra Rəşad Sadıqovun uzaq məsafədən zərbəsinin qarşısını müdafiəçi kəsir
43. Nedzipiyə qarşı kobudluğu Tatyefanqın sarı vərəqə alan ilk futbolçu olmasıyla nəticələnir
44. R.Sadiqovun uzaqdan zərbəsi dəqiq olmur
Birinci hissə başa çatır
İkinci hissə başladı
46. Urbaitisin əvəzində meydana Anatoli Ostap daxil olur
50. Pavloviç komandamızı qoldan xilas edir
52. Çoruzini Kazlauskas əvəzləyir
58. Adamiyanın driblinqindən sonra İlqara ötürməsini sonuncu tamamlaya bilmir, dönən topa Aqollinin zərbəsini isə qapıçı tutur
59. Ostap zədələnir
60. Onun zədəsi ciddi olduğu üçün Qayus Kulbislə əvəzlənir
65. Nedzipinin uzaqdan zərbəsini qapıçı tutur
66. Usaçyev hakimlə mübahisə etdiyi üçün sarı vərəqə alır
70. Qoooooooooooool. Vüqar möhtəşəm zərbə ilə özünün ikinci, komandasının üçüncü qolunu vurur - 0:3
71. İlqarı Bəxtiyar Soltanov əvəzləyir
74. Pavloviç rəqib oyunçunun zərbəsini zərərsizləşdirə bilir
75. Soltanovun zərbəsi dəqiq olmur
80. Nedzipinin əvəzində Qara Qarayev oyuna daxil olur
83. Adamiyanın əvəzində meydana Emin İmaməliyev daxil olur
87. Qooool. Soltanov rəqib qapıçıyla təkbətək çıxır və topu onun başı üzərindən tora qovuşdurur - 0:4
Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
Matç başa çatdı
