30 iyun 2011 21:50

AZAL Minsk`lə evdə sülh bağladı (YENİLƏNİB)

Bu gün UEFA Avropa Liqasındakı təmsilçilərimizdən AZAL avrokubokların yeni mövsümünün açılışını edib. Azerisport.az xəbər verir ki, birinci təsnifat mərhələsində mübarizəyə başlayan paytaxt klubu rəqibi olan Belarus “Minsk”i ilə ilk matçına evdə çıxıb.

Qeyd edək ki, əslində püşkə görə klubumuz ilk matçını səfərdə keçirməliydi. Lakin UEFA bir ölkə təmsilçisinin eyni vaxtda bir şəhərdə oynamasına imkan vermədiyindən, AZAL-ın “Minsk”lə dueli  avtomatik olaraq Bakıya salındı ki, cavab görüşləri zamanı həmin qanunauyğunluq pozulmasın.

Nazim Süleymanovun komandası avrokuboklarda elə də böyük təcrübəyə malik deyildi. Paytaxt klubu indiyə qədər sadəcə bir dəfə ölkəmizi qitəmiqyaslı turnnirlərdə təmsil etmək hüququ qazanmışdı ki, onda da Avropa Liqasında debüt edən “təyyarəçilər” mərhələ adlaya bilməmişdi. Amma bu dəfə AZAL-dan da uğur gözləyənlər çoxdu. Çünki “Minsk”in ümumiyyətlə beynəlxalq oyun təcrübəsi yoxdu. Özü də əsası 2006-cı ildə qoyulan paytaxt təmsilçisinin cəmi 5 yaşı var və qısa tarixi ərzində ilk dəfə Avropa Liqasında çıxış etmək hüququ qazanıb.
 
Lakin buna baxmayaraq, Belarus təmsilçisinin ilk avrokubok oyunu məhz rəqib üçün uğurlu alındı. Erkən qol buraxan "təyyarəçilər" cavab qolunu vurmağı bacarsa da, qələbə qazana bilmədi. Nəticədə klubumuz cavab oyunu ərəfəsində işini xeyli çətinə salmış oldu. İndi AZAL bir həftə sonra Minsdə baş tutacaq görüşdə mütləq 2 qol vurmalıdı. Əks halda növbəti mərhələyə adlaya bilməyəcək.

Avropa Liqası
Birinci təsnifat mərhələsi
İlk oyun
30 iyun

AZAL – MİNSK - 1:1 (1:1)
Qol: İ.Voronkov, 11 (0:1), V.İbekoyi, 14 (1:1)
Baş hakim: Andris Treymanis (Latviya)
Bakı. AZAL stadionu.
 
AZAL: 12. Cahangir Həsənzadı, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 20. Mənsur Limani, 24. Enyo Krastovçev, 17. Viktor İbekoyi, 7. Tərlan Xəlilov, 23. Pius İkediya, 11. Zohair Benuahi.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 8. Elşən Məmmədov, 9. Vüsal Qarayev, 10. Nuqzar Kvirtiya, 14. Orxan Səfiyaroğlu, 18. Cavid Rəhimov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Nazim Süleymanov.
MİNSK: 1. Simas Skinderis, 2. İqor Voronkov, 5. Aleksandr Saçivko, 6. Andrey Razin (k), 7. Denis Saşeko, 10. Roman Vasilyuk , 11. Yevgeni Loşankov, 18. Dmitri Şeqrikoviç, 20. Artyom Raxmanov, 30. Taya Soro, 79. Yonas Pyatrauskas.
Ehtiyat oyunçular: 77. Artur Lesko, 8. Sergey Qiqeviç, 14. Sergey Puşnyakov, 16. Kiril Pavlyuçek, 17. Nikolay Zenko, 22. Donatas Navikas, 29. Nikolay Osipoviç.
Baş məşqçi: Vitali Tarakanov.
 
Oyun başladı. Komandamıza uğurlar arzulayırıq!
1. Rəqib müdafiəçilər az qala kobud səhvə yol verəcəkdi, son anda qapıçıları komandasını qoldan xilas etdi
3. AZAL-ın çox təhlükəli hücumu zamanı yenə qapıçı qola imkan vermir
5. "Minsk"in ilk hücumu zamanı Petrov topu kornerə çıxarır
6. Cahangir Həsənzadə rəqibin ardıcıl ikinci künc zərbəsi zamanı topa yiyələnir
11. İqor Voronkov müdafiəçilərimizin kobud səhvindən sonra hesabı açır - 0:1
13. "Minsk"in daha bir təhlükəli hücumu zamanı Həsənzadə topu turur
14. Komandamız künc zərbəsi qazanır və İkediyanın künc nöqtəsindən göndərdiyi topu İbekoyi başla tora qovuşdurur - 1:1
15. Raxmanov kobud oynayır və sarı vərəqə alan ilk futbolçu olur
16. Limaninin cərimə zərbəsini qapıçı tutur
18. Voronkovun uzaqdan zərbəsi qapının üstündən keçir
23. Qonaqların cinah hücumları çox təhlükəli alınır
24. AZAL-ın hücumu təhlükəli alınsa da, qapıçı topa yiyələnir
25. Komandamızın daha bir sürətli hücumu zamanı müdafiəçi topu kornerə çıxarır. Amma bu kornerdən qol səsi çıxmır
26. AZAL artıq oyunda üstünlüyü ələ alıb
28. İbekoyi qapıçı ilə üz-üzə qalıb hesabı açsa da, ofsaydda olduğu bildirilir
29. Benuahi zədələnir və həkimlərin yardımına ehtiyac duyulur. Onu xərəkdə meydandan çıxarırlar
31. İbekoyi təhlükəli nöqtədə qaydanı pozur. Saviçkonun zərbəsini tutmaq istəyən Həsənzadə kobud səhvə yol versə də, yaxşı ki, top dirəyə dəydi
37. AZAL-ın futbolçuları çoxlu səhvlərə yol verirlər
38. İkediyanın sağ cinahdan qapı ağzına ideal asmasını Benuahi boş qapıya göndərə bilmir
41. Həsənzadə AZAL-ı real qoldan xilas etdi. Müdafiəçilərimizin kobud səhvləri davam edir...
44. AZAL topa nəzarət etsə də, qol vura bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Komandamızın heyətində dəyişiklik: Krastovçevi Elşən Məmmədov əvəzləyir
49. Benuahinin zərbəsi rəqib oyunçuya dəyib kornerə çıxır
50. Benuahinin daha bir zərbəsini bu dəfə qapıçı kornerı çıxarır
53. Loşankov da kobud oynadığı üçün sarı vərəqə alır
58. Həsənzadə rəqibin təhükəli hücumu zamanı topu korner çıxarır
61. Komandamız çalışsa da, demək olar ki, ciddi heç nə edə bilmir
62. "Minsk"in qapısı önündə inanılmaz təhlükə. Elşən yaxın məsafədən dəqiq zərbə vura bilmir. Digər futbolçularımız da topa toxuna bilmir. İnanılmaz epizodu dəyərləndirə bilmirik
65. İbekoyi bu oyunda ikinci dəfə təhlükəli nöqtədə qaydanı pozur. Amma qonaqların zərbəsi qeyri dəqiq olur
67. Üstünlük komandamızda olsa da, bunu hesabda əks etdirə bilmir
70. Elşən daha bir inanılmz epizodu boşa verir
71. Tərlan Xəlilovun əvəzində meydana Nuqzar Kvirtiya çıxır
73. İqor Voronkovu Nikolay Osipoviç əvəzləyir
76. Komandamız son dəqiqələrdə rəqibi qapısına sıxışdırıb
77. İkediyanın əvəzində Vüsal Qarayev daxil olu
78. Benuahinin zərbəsini rəqib qapıçı tutur
83. Rəqib komandada Vasilyuku Zenko əvəzləyir
87. Nduka sürətlə irəliləyən rəqib oyunçunu kobudluqla dayandırdığı üçün sarı vərəqə alır
90. "Minsk"in heyətində Saşekonu Sergey Qiqeviç əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Qiqeviç vaxtı uzatdığına görə sarı vərəqə alır
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.