30 iyun 2011 14:31

Abşeron`u Premyer Liqada Sumqayıt klubu əvəzləyəcək!

“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu növbəti mövsümdən Premyer Liqada iştirak edəcək. Azerisport.az xəbər verir ki, bununla bağlı klub rəhbərliyi Peşəkar Futbol Liqasına müraciət edib.
 
Klubun maliyyə stabilliyini və Premyer Liqada iştirak etməsi ilə bağlı müraciətini nəzərə alan PFL rəhbərliyi müraciəti müsbət qarşılayıb. Qeyd edək ki, birinci divizionda ötən mövsümün yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazanan “Abşeron” klubunun rəhbərliyi klubun maliyyə problemləri ilə əlaqədar olaraq Premyer Liqada iştirakdan imtina edib.
 
Belədə “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu bütün hüquqi sənədləri həll edərək yeni mövsümdən Premyer Liqada iştirak edəcək. Bununla əlaqədar klub maliyyə məsələlərini həll etmək üçün “Azərkimya” İB ilə sponsorluq haqqında müqavilə imzalayıb. Artıq onlar bu işin öhdəsindən layiqincə gələcəklərinə inamlarını da vurğulayıblar:
 
"İnanırıq ki, klubumuz baxımlı oyunu ilə azarkeşlərinə bol-bol sevinc bəxş edəcək və Sumqayıtda futbol ənənəsini daha yüksək şəkildə davam etdirəcək".
 
Qeyd edək ki, yeni yaradılan klubun prezidenti Kamran Quliyev təyin olunub.
 
Sonda maraq üçün onu da xatırladaq ki, hələ xeyli müddət öncə azerisport.az "Abşeron"un Premyer Liqada Sumqayıt təmsilçisi kimi çıxış edəcəyini xəbər vermişdi. Bu isə klubun "Azərkimya" İB ilə anlaşması nəticəsində mümkün olacaqdı. Lakin tərəflər bu məsələdə anlaşa bilmədiyindən, sumqayıtlılar yeni klub yaratmağa qərar veriblər. Yəni istənilən halda bu məsələ öncədən proqnozlaşdırıldığı kimi başa çatmaq üzrədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.