30 iyun 2011 14:45
Qarabağ-Banga matçına bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də keçiriləcək “Qarabağ” – “Banqa” oyununu idarə edəcək bütün hakimlər müəyyənləşib. Azerisport.az öncə də xəbər verdiyi kimi, bunlar Ukraynadan olan ədalət təmsilçiləridi.
Bu mənada baş hakimin Yuri Mojarovski olacağı hələ xeyli öncədən bəlliydi. Artıq onun köməkçiləri də müəyyənləşib. Belə ki, bu referiyə işində həmyerliləri Aleksandr Voytyuk, Mikola Levko yardımçı olacaq. Dördüncü hakim isə Vitali Romanov olacaq.
Qarşılaşmanın hakim-inspektoru Jozef Markodu (Slovakiya). UEFA nümayəndəsi qismində isə Bakıya qardaş Türkiyədən olan Mehmet Süheyl Önen gələcək.
