30 iyun 2011 15:04
Azərbaycan millisi Belarusla qarşılaşacaq
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması iyulun 3-dən 8-ə qədər Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Belarusun qızlardan ibarət U-17 komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.
Qeyd edək ki, komandamız son günlərə kimi Almaniyada təlim-məşq toplanışında idi. Sissi Raytın komandası bu ölkədə həm turnirdə iştirak etdi, həm də xeyli sayda yoxlama matçında qüvvəsini sınadı.
