30 iyun 2011 15:23
AFFA yığmamıza daha bir rəqib tapdı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyulun 15-dən 18-ə qədər Sumqayıt şəhərində, iyulun 19-dan 28-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olacaq. Azerisport.az xəbər verir ki, yığmamız hazırlıq prosesi çərçivəsində belaruslu həmyaşıdları ilə yoldaşlıq oyunu da keçirəcək.
Özü də iki dəfə. Bu oyunlar iyulun 23-də və 25-də baş tutacaq.
