30 iyun 2011 16:11
UEFA Minsk-AZAL matçına bütün təyinatlrı açıqladı
UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də keçiriləcək “Minsk” – AZAL oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq UEFA bu görüşlə bağlı bütün təyinatlarını açıqlayıb.
Qeyd edək ki, sözügedən matçın baş hakiminin Angel Angelov olacağı öncədən də bəlliydi. Lakin artıq Bolqarıstandan olan FİFA referisinin köməkçiləri də müəyyənləşib. Belə ki, sözügedən matçın laysmanları Nikolay Angelovla Ventsislav Qavrilov olacaq. Dördüncü hakim funksiyasını isə Aleksandar Kostadinov yerinə yetirəcək.
Hakim-inspektor Rumıniyadan olan Patritiu Abrudan yerinə yetirəcəksə, UEFA nümayəndəsi də Marton Esterhazi (Macarıstan) olacaq.
