30 iyun 2011 16:22
Qoqobereşvili yenidən Azərbaycan Premyer Liqasında
"Turan" heyətini daha iki futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Tovuz klubu iki legioner transfer edib.
Hər iki əcnəbi azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı. Belə ki, "Turan" Aleksandr Qoqobereşvili və Sergey Artyuxla bir illik müqavilə bağlayıb.
Qeyd edək ki, gürcü Aleksandr Qoqobereşvili "Bakı", "Olimpik" (indiki AZAL) və "Qarabağ"ın formasını geyinib. Ukraynalı Sergey Artyux isə "Simurq"da forma geyinib.
