30 iyun 2011 16:36
Tuyqun Nadirov: Hamı onu Avroliqa oyunlarında komandamızda görə biləcək
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov komandanın aprıcı üzvlərindən Julius Vobayın komandadan ayrılacağı barədə fikirlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu xəbərlər həqiqəti əks etdirmir. Vobay heç bir yerə getmir. O, artıq komandamızın Avstriyadakı toplanışına qoşulub. Vobayın “Xəzər Lənkəran”la müqaviləsi var. Hamı onu Avroliqa oyunlarında komandamızın heyətində görəcək”.