30 iyun 2011 16:48
Cavadov CSKA ilə oyunda Volqa`ya kömək edə bilməyəcək
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov yeni klubu “Volqa”nın Rusiya Premyer Liqasının 10-cu turundan təxirə salınan CSKA ilə oyununda komandasına kömək edə bilməyəcək. Azerisport.az xəbər verir ki, buna Nijni Novqorod təmsilçisinin həmyerlimizi rəsmi olaraq sifariş edə bilməməsi mane olacaq.
Qeyd edək ki, Rusiyada transfer pəncərəsi avqustun 1-də açılacaq. Cavadovun yeni komandasının “hərbçilər”lə dueli isə iyulun 21-də baş tutacaq. Bu isə, Vaqifin yetirməsi olduğu sabiq klubuna qarşı sadəcə ikinci dövrədə oynaya biləcəyi anlamına gəlir.
