30 iyun 2011 17:41
Minsk Bakıda dəstəksiz olmayacaq
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın AZAL klubuna rəqib olan Belarus “Minsk”i bu gün Bakıda keçiriləcək ilk oyunda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, dünən çarter reysiylə ölkəmizə gələn Minskin eyniadlı təmsilçisi ilə yanaşı bir qrup azarkeş də paytaxtımıza təşrif buyurub.
Lakin onların sayı təxminən 20-yə yaxındı. Bundan əlavə Belarusdan 7 media işçisi də ölkəmizə gələnlər arasındadı.
Qeyd edək ki, AZAL – Minsk oyunu bu gün Şüvəlanda keçiriləcək və saat 20:00-da start götürəcək.
