30 iyun 2011 18:10
Estoniya yığmasının qapıçısı Premyer Liqamızda
Premyer Liqanın debütantı "Rəvan" heyətini əcnəbi qapıçı ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Bəhmən Həsənovun komandası Estoniya yığmasının qapıçısı Artur Kotenkonu heyətinə qatıb. Onunla bir illik müqavilə bağlanıb.
Qeyd edək ki, 20 avqust 1981-ci ildə dünyaya gələn Artur Kotenko karyerası ərzində Estoniyanın "Vigri", "Lantana", "Kauhajoen", "Maardu", "Levadiya" (Parnu), "Levadiya (Tallin), Norveçin "Sandnes" və "Viking" klublarında çıxış edib. O, "Rəvan"a Cənubi Kiprin "Papos" klubundan gəlib. 29 yaşlı qolkiper 2004-cü ildən çıxış etdiyi Estoniya yığmasında 25 oyun keçirib.
