30 iyun 2011 18:01

Allahverdiyev: Kəpəz`i sıfırdan yaradırıq

“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev azerisport.az saytına müsahibəsində komandasının növbəti mövsüm üçün transfer siyasətindən, məqsədlərindən və rusiyalı futbolçulardan danışıb.
 
- Bu yaxınlarda siz Rusiyaya futbolçu axtarmağa getmişdiz. Səfərdən nə kimi təəssüratlarla qayıtmısız?
- Səfərin gedişində xeyli futbolçuya baxdım. Rusiyanın ikinci divizionunda 5-6 futbolçu yadımda qaldı. Onları öz komandamda görmək istərdim. “Torpedo” – “Rotor” matçını izlədim. Lakin mənə dedilər ki, “Rotor” qarşısına yüksək məqsədlər qoyduğundan oyunçularıyla yollarını ayırmağa hazırlaşmır. Məni daha çox “Torpedo”nun iki futbolçusu maraqlandırdı. Digər dörd futbolçu isə artıq Azərbaycanda olub.
 
- Onlar haqda fikriniz?
- Hələlik onları iş başında görməmişəm. Baxarıq, görək nəyə qadirdilər.
 
- Əgər onlar “Kəpəz”in planlarına uyğun gəlməsələr, necə olacaq?
- Bizim götürmək istədiyimiz futbolçular arasında yarımmüdafiəçi və iki forvard var. Həmçinin iki müdafiəçi də çağırmışıq. Hesab edirəm ki, bu transferlər baş tuta bilər. Əgər alınmasa, deməli, axtarışlarımızı davam etdirməli olacağıq.
 
- Neçə futbolçuyla müqavilə bağlamağı planlaşdırırsız?
- Biz artıq bir neçə azərbaycanlı futbolçuya müqavilə təklif etmişik. Hazırda onların cavablarını gözləyirik. Azərbaycan çempionatının ilk altılığında oynaya biləcək yeni komanda yaratmaq istəyirik. Bunun üçün hardasa 20 futbolçuya ehtiyacımız var. Amma hazırda cəmi 7 müqavilə bağladığımız futbolçu var. Axı “Kəpəz” sıfırdan yaradırıq. Yaxşı futbolçuların hamısının klublarıyla müqaviləsi var. Buna görə də lazımi oyunçuları tapmaq çox çətindi.
 
- Niyə məhz Rusiya bazarına üz tutmusuz?
- Bu ölkə bizə yaxındı. Amma digər ölkələri də diqqətdən kənarda qoymuruq. Bizdə Ukrayna, Çexiya, Moldova, Braziliya və Qanadan da futbolçular olacaq. Premyer Liqada sıradan iştirakçı olmaq istəmirik. “Kəpəz” layiqli oyun sərgiləməlidi.

- Deməli, klubunuzun qarşısına ilk altılığa vəsiqə qazanmaq vəzifəsi qoyulub?
- Biz liderlər sırasında yer almaq istəyirik. Buna görə komandaya güclü futbolçular dəvət etmək lazımdı. Bilirik ki, yaxşı futbolçular ala bilməsək, liderlərlə bərabər səviyyədə çıxış edə bilməyəcik. Amma hələ bizim yaxşı komanda yaratmaq üçün vaxtımız var.
 
- Azərbaycanlı futbolçuları niyə saxlamaq istəmədiniz?
- Ceyhun Sultanovu saxlamaq istəyirdik, amma o, özü bunu arzulamadı. Zaur Əsədov və Elşən Poladovla müqavilə bağlamışıq. Biz özümüz də azərbaycanlı futbolçuların xidmətində maraqlıyıq. Amma onlar hamısı azad deyillər. Özü də çoxu paytaxtda oynamaq istəyir.
 
- Bəs Mahmud Qurbanovla danışıqlarınız nə yerdə qaldı?
- Mahmurd təcrübəli futbolçudu. Amma hər şey büdcədən asılıdı. Hələlik bizə deyilməyib, transferlərə nə qədər vəsait ayrılacaq. Bundan sonra Qurbanovla da danışıqlar apara bilərik. O, komandamızın lideri ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.