30 iyun 2011 22:35
Nazim Süleymanov: Biz də Minskdə qol vura bilərik
AZAL-ın baş məşqçisi Nazim Süleymanov UEFA Avropa Liqasının Bakıda keçirilən “Minsk”lə ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesablı heç-heçə ilə başa çatan görüşü belə dəyərləndirib:
“Çoxları bizdən başqa nəticə gözləyirdi. Hesab edirəm ki, ümidləri doğrultmadıq. Təbii ki, erkən qol buraxmağımız çox pis oldu. Amma yaxşı ki, cavabımız da vaxtında gəldi. Əgər “Minsk” səfərdə heç-heçə edə bildisə, deməli, biz də səfərdə belə oynaya bilərik. Bu heç-heçə hər şeyin sonu deyil. Biz də Minskdə qol vura bilərik. Biz bu oyuna kimi heç olmasa bir yoxlama görüşü keçirsəydik, işimiz daha yüngül olardı. Mən yenə də fikrimdə qalıram kİ, “Minsk” Azərbaycan Premyer Liqasında ilk altılığa düşə bilməzdi”.