1 iyul 2011 01:50
İnter Metallurg`a Neftçi`dən də çox qol vurdu (YENİLƏNİB)
Türkiyənin İsparta şəhərində növbəti mövümə hazırlaşan "İnter" bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, "bankirllər" Ukraynanın "Metallurg"(Zaporojye) komandası ilə qarşılaşıblar.
Qeyd edək ki, bu komanda ilə “Neftçi” də üz-üzə gəlmişdi. Elə İspartada baş tutan görüşdə paytaxt klubu 3:0 hesablı darmadağına imza atmışdı. Zaporojye klubu son ölkə çempionatında turnir cədvəlinin axırıncı pilləsini tutaraq, aşağı diviziona yuvarlanıb.
Elə "İnter" də bu rəqibini darmadağınla keçib. Tsxadadzenin yetirmələri Ukrayna klubuna çempionumuzdan da çox - 4 qol vurublar.
Əlavə edək ki,"İnter"in İspartada keçirilən toplanışda 3 yoldaşlıq oyunun keçirilməsi planlaşdırılıb. Bakılılar "Metallurg"dan əlavə Türkiyənin "Mersin idman Yurdu" və Rusiyanın "Terek" klubları ilə yoxlama görüşlərdə qüvvəsini sınayacaq.
