30 iyun 2011 22:15

Kəpəz`də növbəti 4 legioner futbolçu

Gündə  iki dəfə olmaqla məşqlərə start verən "Kəpəz"  klubu komandanı formalaşdırmaq istiqamətində işləri də davam etdirir. Azerisport.az xəbər verir ki, bir neçə yerli futbolçu ilə sıralarını genışləndirən gəncəlilər artıq legionerləri də sınaqdan keçirmək qərarına gəliblər.
 
Bu barədə məlumatı klubun mətbuat katibi Məqsəd Rəhimov verib. Onun sözlərinə görə, Afrikadan baxışa gələn 4 futbolçu ilə bərabər daha 4 legioner də Mehman Allahverdiyevin sərəncamındadır.
 
“Dünəndən etibarən komandanın məşqlərinə Belarusun Moqilyov şəhərinin “Dnepr” klubunda oynamış 1986-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi Anton Qay, Moldovanın “Tiraspol” futbol klubunda oynamış hücumçu, 1989-cu il təvəllüdlü Yuri Bondarçuk qatılıb. Hazırda "Kəpəz"in məşqçilər korpusu futbolçuların fiziki və taktiki vəziyyətlərini yoxlayırlar” deyə Məqsəd Rəhimov əlavə edib.
 
Klub rəsmisi bu gün daha iki futbolçunun da baxışa dəvət olunduğunu əlavə edib. Bu Rusiyanın "Ryazan" futbol klubunun şərəfini qorumuş, mərkəz müdafiəçisi 1980-cı il təvəllüdlü Nelson Leodur. Bundan başqa Mehman Allahverdiyev Rusiyanın Oryol şəhərinin “Rusiçe” komandasında oynamış 1983-cu il təvəllüdlü Nikolay Cvejinçevi də sınaqdan çıxaracaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.