30 iyun 2011 23:18
Qarabağ Neftçi`ni qabaqlayıb Azərbaycan rekordçusu oldu
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Litvanın “Banga” klubu üzərində qazanılan qələbə “Qarabağ”ı Azərbaycan rekordçusu edib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Azərbaycanın indiyəqədərki avrokubok təmsilçiləri arasında qələbə sayına görə bütün komandalarımızı qabaqlayıb.
Bu mənada hamıdan öndə olan “Neftçi” ilə “Qarabağ” idi. Amma Qurban Qurbanovun komandasının Litvadakı zəfəri ilə bakılıları da geridə qoydu. Özü də maraqlıdı ki, ağdamlıların əldə etdiyi 9 qələbənin hamısı Avroliqaya təsadüf edib.
Yeri gəlmişkən, “Qarabağ”ın son qələbəsi həm də klublarımızın avrokuboklardakı ən böyükhesablı qələbəsi kimi tarixə düşüb.
