30 iyun 2011 11:16
Nuqzar Kvirtiya: Bizim üçün çətinlik Minsk`lə oyuna kimidi
AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya UEFA Avropa Liqasının birinci mərhələsinin bu gün Belarus “Minsk”i ilə ilk oyunu öncəsi azerisport.az saytının suallarını cavablayıb.
- Komandanızın hazırlığı necə gedir?
- Heç bir problem yoxdu. Şükür Allahaki, hər şey qaydasındadı. Zədəlimiz yoxdu.
- Heç bir problem yoxdu. Şükür Allahaki, hər şey qaydasındadı. Zədəlimiz yoxdu.
- Avroliqadakı ilk rəqibiniz barədə nə deyərdiz?
- Deməzdim ki, onlar haqda çox şey bilirəm. Onu bilirəm ki, “Minsk” hazırda Belarus çempionatında 6-cı yerdə gedir. Həmçinin onu da bilirəm ki, onlar son 5 oyundan dördündə qələbə qazanıb, sadəcə birində heç-heçə ediblər. Ötən mövsüm üçüncü yeri tutublar.

- Hər iki komandanın avrokuboklarda böyük təcrübəsi yoxdu. Amma debütant “Minsk”lə müqayisədə siz 3 il öncə Avroliqanın birinci mərhələsində uğursuz da olsa, çıxış etmisiz...
- Bilirsiz, mən həmin vaxt o komandanın heyətində deyildim. Elə hazırda AZAL-da çıxış edən oyunçuların əksəri də. Amma “Minsk” ilk dəfədi avrokuboklara qatılır. Ona görə də deyərdim ki, hər iki komandanın şansları əllinin əlliyədi.
- “Minsk”i güclü rəqib hesab edirsiz?
- Prinsipcə, avrokuboklarda zəif komanda olmur. Bəli, oyuna kimi hər iki komandaya çətindi. Amma oyun vaxtı “kartlar” açılacaq.
- “Minsk”i güclü rəqib hesab edirsiz?
- Prinsipcə, avrokuboklarda zəif komanda olmur. Bəli, oyuna kimi hər iki komandaya çətindi. Amma oyun vaxtı “kartlar” açılacaq.
- İlk oyunu evdə keçirməyiniz sizin üçün müsbət, yoxsa mənfi amildi?
- Adətən, belə oyunlarda ilk matçın səfərdə keçirilməsi daha məqsədəuyğun sayılır. Ona görə ki, ilk oyunda səfər qolu vurmaq böyük üstünlük sayılır. Həm də rəqibi daha yaxşı öyrənirsən ki, evdə daha yaxşı çıxış etmək şansı qazanırsan.

- Sizin AZAL-dan ayrılıb “İnter”ə keçəcəyinizə dair xəbərlər yayılmışdı...
- Bu şayiələr elə şayiə olaraq da qalacaq. Mən nə “İnter”dən, nə də başqa hansısa klubdan dəvət almışam. Bilmirəm bu söhbətlər hardan yaranır. Əgər onlar istəsəydilər, çoxdan dəvət edərdilər. Mən heç kimlə danışıq aparmamışam.
- Bəs konkret təklif olsaydı, avrokuboklar öncəsi AZAL-ı tərk edərdiz?
- Hər bir futbolçu avrokuboklarda oynamağı arzulayır. Özü də mən heç ümumiyyətlə bu turnirdə çıxış etməmişəm. Mənim üçün bu oyunlar debüt xarakteri daşıyacaq. Artıq ötən mövsüm başa çatanda biz yeni müqavilənin detallarını müzakirə etməyə başlamışdıq. Amma toyum olduğuna görə bu məsələ bir qədər yubandı (gülür). Hər halda sonradan klubla danışıqları yekunlaşdırdıq və daha bir komandada qalmağımı istədilər.