30 iyun 2011 23:26
Qurban Qurbanov: Bakıda ciddi oynamalıyıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Litva “Banga”sı ilə səfərdə baş tutan ilk matçını şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesablı qələbəni belə dəyərləndirib:
“Narbekovası gördüyümə görə çox şadam. Onu SSRİ vaxtı televiziya vasitəsilə görmüşdüm. Oyunla bağlı onu deyə bilərəm ki, maraqlı qarşılaşma alındı. Qələbəyə görə şadam. Səfərdə 4:0 hesabıyla qələbə qazanmaq çox böyük üstünlükdü. Amma deməzdim ki, “Banga” zəif komandadı. Yaxşı azarkeşləriniz var. Komandada yaxşı futbolçular var. Bakıda da ciddi oynamalıyıq”.