30 iyun 2011 11:44
İnter`in düşərgəsinə daha 2 oyunçu qoşuldu(FOTO)
Xəbər verdiyimiz kimi, "İnter" hazırda Türkiyənin İsparta şəhərində gələn mövsümə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, iyunun 23-dən İspartada məskunlaşan Kaxaber Tsxadadzenın yetirmələri gündə iki dəfə məşq edir.
Qeyd edək ki,"İnter"in heyətinə klubla yeni müqavilə imzalamış Vlаdimir Levin və Azərbaycanın U-19 yığma komandanın düşərgəsindən qayıdan Aleksandr Qross da qoşulublar.
Əlavə edək ki, bu futbolçular dünən gəcə saatlarında Türkiyəyə gəliblər və artıq bu gün fərdi proqram üzrə məşqlərə qatılıblar.
