30 iyun 2011 12:02
Ramin Musayevdən avrokubok iştirakçılarımıza inam
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev avrokuboklardakı klublarımızın şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz mütləq avrokuboklardakı bütün komandalarımıza azarkeşlik edəcəyik. Amma əlbəttə ki, “Neftçi”nin Çempionlar Liqasındakı çıxışına xüsusi diqqət olacaq. Ümid edirəm ki, bu komanda avroturnirlərdən ən azı birinin qrup mərhələsinə gedə biləcək”.

Musayev Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”dan da uğurlu nəticə gözlədiyini bildirib: “Bu komandanın heyəti daha yaxşı nəticələrə ümid etməyə çağırır. Baxmayaraq ki, onlar üçün elə ilk cəhddə “Maccabi” səddi var, mən cənubluların Təl-Əviv klubunu keçəcəyini düşünürəm”.
“Qarabağ”a gəlincə, bu komandayla bağlı bir qədər ehtiyatlanıram. Onlar transfer bazarında o qədər də fəal olmadılar. Ola bilər ki, birinci mərhələni keçəndən sonra bir-iki oyunçuyla müqavilə imzalayarlar. AZAL-a gəlincə, onların da birinci mərhələni uğurla keçəcəyinə inanıram” – deyə, Musayev qeyd edib.