30 iyun 2011 12:26
Aqil Nəbiyev: Minsk`in işini Bakıda bitirmək istəyirik
AZAL-ın kapitanı Aqil Nəbiyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün qarşılaşacaqları Belarus “Minsk”i ilə oyun öncəsi komandasının şanslarından danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Cütün taleyini məhz ilk oyunda, doğma divarlar arasında həll etmək istəyirik. Dəqiq bilmirəm bunun üçün hansı nəticə yetərli olardı. Amma “Minsk”ə nə qədər bəs edərsə, o qədər qol vurmağımızı istərdim. Bu rəqibi keçmək lazımdı. Biz Avropa Liqasına düşmək üçün çoxlu güc itirmişik. Buna görə də ilk mərhələdən kənarda qalmaq istəmirik”.