1 iyul 2011 01:36

Sadıqov: Bilirdik ki, öz oyumuz alınsa, istədiyimiz nəticə gələcək

“Qarabağ”ın liderlərindən olan Rəşad Sadıqov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Litva “Banga”sı ilə səfər matçından sonra (0:4) azerisport.az saytının suallarını cavablandırıb.
 
- Matçla bağlı nə deyərdiniz?
- Bütün uşaqları qələbə münasibətilə təbrik edirəm. Mətbuat və digərləri öz açıqlamaları ilə uşaqları bir qədər arxayınlaşdırırdı. Amma yaxşı ki, oyuna lazımi şəkildə köklənə bilmişdik. Səfər oyununa ciddi yanaşırdıq və uğurlu nəticə qazana bildik. Mövsümdəki ilk oyunumuz olsa da, böyükhesablı qələbəyə imza atdıq.

- Belə qələbəyə imza atmağınıza nə şərait yaratdı?
- Biz daha çox öz oyunumuz haqda düşünürdük. Bilirdik ki, öz oyumuz alınsa, istədiyimiz nəticə də gələcək. Allaha şükür ki, belə də oldu. Həm də rəqibi yaxşı analiz etmişdik, zəif cəhətlərini bilirdik.

- Hələ indiyə qədər heç bir Azərbaycan klubu avrokuboklarda səfərdə dörd qol vura bilməmişdi...
- Düzünü deyim ki, mən özüm də belə hesabla qələbə qazanacağımızı gözləmirdim.
 
- Süni örtükdə oynamağınız mane olmurdu?
- Əlbəttə, bir qədər çətin idi. Amma zamanla bizim çətinliklərimiz geridə qaldı.
 
- Cavab oyununa bir şey qalmadı...
- Biz yolumuza hələ indi başlayırıq. Hər bir oyuna xüsusi köklənməyimiz lazımdı. Bu mərhələdən sonra bizi başqa oyun gözləyir. Bizə isə forma yığmaq lazımdı. Qarqjdaydakı oyun bizim üçün mövsümün ilk matçı idi.
 
- “Qarabağ”ın ikinci mərhələyə adlamasına şübhəniz qalıb?
- İstənilən halda Bakıdakı oyunu gözləməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.