1 iyul 2011 01:43
Neftçi - Dinamo matçının başlama saatı bəlli oldu
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək ölkə çempionu "Neftçi" klubunun Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası ilə iyulun 19-da keçirəcəyi cavab oyununun başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma saat 21:00-da başlayacaq.
Yeri gəlmişkən qeyd edək ki, bu qarşılaşmanın birbaşa televiziya yayım hüququ ilə əlaqədar "Neftçi" tender elan edib. "Neftçi"nin Çempionlar Liqasındakı ev oyununu translyasiya etmək istəyən teleşirkət kluba yazılı şəkildə müraciət edə bilər.
Qeyd edək ki, iyulun 13-də Zaqrebdə baş tutacaq ilk oyunun Azərbaycan üçün televiziya hüququnu əldə edən teleşirkət cavab görüşü ilə əlaqədar elan olunan tenderdə "Neftçi" tərəfindən nəzərə alınacaq.
