1 iyul 2011 13:56
“Çətin ki, biz Bakıda bu dörd qola cavab verə bilək”
Litvanın “Banga” klubunun yarımmüdafiəçisi Qayus Kulbis Avropa Liqasının birinci təsnifat mərhələsinin “Qarabağ”la ilk oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 0:4 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Bu, tamamilə iki fərqli komandanın görüşü idi. Biz nəsə etməyə çalışdıq, amma heç nə alınmadı. Amma biz başımızı aşağı salıb oturmamalıyıq. Əksinə cavab görüşündə yaxşı oynamağa çalışmalıyıq. Amma realist olmaq lazımdı. Çətin ki, biz Bakıda bu dörd qola cavab verə, 5 top vura bilək”.