1 iyul 2011 14:18
Aqil Nəbiyev: Minsk`i onun meydanında məğlub edə bilərik
AZAL-ın kapitanı Aqil Nəbiyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə doğma meydanda keçirdikləri ilk oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Çoxları gözləyirdi ki, AZAL evdə keçirilən ilk oyunda qələbə qazanacaq...
- Heyif ki, bu, alınmadı. Öz növbəmdə mən də, komandam da qələbə qazanmağı çox arzulayırdı. Avrokubokların bu mövsümünə uğurla start vermək istəyirdik. Baş tutmadı.
- Nə mane oldu?
- İlk dəqiqələrdən qapımızda qol gördük. Amma bu qol komandanı sındırmadı. Biz bunun əvəzini dərhal çıxa bildik. Son dəqiqələrə kimi qələbə qolunu vurmağa çalışdıq. Hətta matçın sonlarında düz beş dəfə fərqlənməyə yaxın olduq. Komanda özünü heç də pis göstərmədi. Demək olar ki, 90 dəqiqə hücum etdik. Təəssüf ki, qol vura bilmədik.

- Siz həqiqətən elə hesab edirsiz ki, pis oynamadınız?
- İlk dəqiqələri nəzərə almasaq, bəli. Biz qısa zaman kəsiyində baş tutan hazırlıq prosesi zamanı yoldaşlıq görüşü keçirməmişdik. Sadəcə öz aramızda ikitərəfli oyunlar keçirirdik. Amma rəqibimiz hər həftə Belarus çempionatında oyuna çıxır. Belə olan halda komandadan nə gözləmək olardı? Maksimum ancaq bunu.
- Cavab oyunu üçün şansları necə qiymətləndirirsiz?
- Qarşıda bizi cavab oyunu gözləyir. Əlimizi yana sala bilmərik. Mən inanıram ki, Minskdə daha yaxşı oynayıb, növbəti mərhələyə adlaya biləcəyik.
- Qarşıda bizi cavab oyunu gözləyir. Əlimizi yana sala bilmərik. Mən inanıram ki, Minskdə daha yaxşı oynayıb, növbəti mərhələyə adlaya biləcəyik.
- Amma çətin olacaq. Yəqin ki, belaruslular doğma meydanda daha çox hücum edəcəklər...
- Hamıya məlumdu ki, “Minsk” evdə o qədər də yaxşı oynamır. Onlar Belarus çempionatında da xallarının çoxunu səfər matçlarında qazanıblar. AZAL “Minsk”i onun meydanında məğlub edə bilər.
- Hesab etmirsiz ki, hücumçularınız bir qədər təmkinli oynasaydı, nəticə daha ürəkaçan olardı?
- Mən öz komanda yoldaşlarımız günahlandırmaq istəmirəm. Bu, sadəcə bəxtsizlikdi. Minskdə hər şey başqa cür olacaq.