1 iyul 2011 14:25
Bakı`nın sabiq forvardı erməniləri məyus etdi
"Bakı"nın sabiq futbolçusu erməniləri məyus edib. Azerisport.az xəbər verir ki, 2009-cu ilin yayında "Bakı"da çıxış etmiş Felipe Almeyda Feliks Macarıstanın “Ferencvárosi” klubunun heyətində Avropa Liqasının "Uliss"lə oyununda qol vurub.
Macarıstan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunun 31 və 33-cü dəqiqələrində Feliksin oyundaşları fərqlənib. Ermənilərin qapısına son qolu isə 69-cu dəqiqədə Felipe Almeyda Feliks vurub.
Qeyd edək ki, Feliks 2008-ci ildə Rusiyanın "Spartak" (Nalçiik) klubuna gəlib. O, 2009-da "Bakı"ya, 2010-da "Rio Branco"ya icarəyə verilib. 2010-2011 mövsümünü Portuqaliyanın "Leixoes" klubunda keçirən 26 yaşlı hücumçu bir müddət əvvəl Macarıstanın "Ferencvárosi" klubuna keçib. O, "Bakı"nın heyətində Avropa Liqasında 4 qol vurub.
