1 iyul 2011 15:08
Azərbaycan UEFA reytinqində irəlilədi
Azərbaycan UEFA-nın reytinq cədvəlindəki mövqeyini yaxşılaşdırmağa nail olub. Azerisport.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərdə “Banga” üzərində qazandığı qələbə (4:0) və AZAL-ın doğma meydanda Belarus “Minsk”i ilə heç-heçəsi (1:1) sayəsində gerçəkləşib.
Bu qələbə və heç-heçə Azərbaycana daha 0,375 reytinq xalı qazandırıb. Bundan 0,250-si “Qarabağ”ın, 0,125-i isə “təyyarəçilər”in payına düşür.
Bu uğur sayəsində ölkəmiz UEFA reytinqində bir pillə irəliləməyə də nail olub. Belə ki, Sloveniya təmsilçiləri daha zəif nəticə göstərdiyindən, Azərbaycan bu ölkəni qabaqlamağa nail olub.
Hazırda Azərbaycanın 5.207 reytinq xalı var. Onu da əlavə edək ki, klublarımızın istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırır. Heç-heçə isə sadəcə 0,125 xal verir. Bir sözlə, mümkün qədər çox qələbə qazanmaq lazımdı.
Sonda reytinq cədvəlinin 32-42-ci sıralarındakı ölkələrin siyahısını təqdim edirik.
|
Mövqe
|
Ölkə
|
2007/08
|
2008/09
|
2009/10
|
2010/11
|
2011/12
|
Cəmi
|
|
32
|
Gürcüstan
|
1.000
|
1.166
|
1.750
|
1.875
|
0.500
|
6.291
|
|
33
|
Moldova
|
1.333
|
0.666
|
2.125
|
2.125
|
0.000
|
6.249
|
|
34
|
Litva
|
1.500
|
2.500
|
1.250
|
0.625
|
0.000
|
5.875
|
|
35
|
İrlandiya
|
1.000
|
2.500
|
1.375
|
1.000
|
0.000
|
5.875
|
|
36
|
Latviya
|
1.333
|
1.166
|
2.250
|
0.500
|
0.000
|
5.249
|
|
37
|
Azərbaycan
|
0.666
|
0.666
|
1.500
|
2.000
|
0.375
|
5.207
|
|
38
|
Sloveniya
|
0.666
|
1.333
|
1.375
|
1.500
|
0.250
|
5.124
|
|
39
|
Makedoniya
|
1.666
|
0.500
|
0.500
|
1.375
|
0.500
|
4.541
|
|
40
|
İslandiya
|
1.166
|
1.166
|
1.250
|
0.375
|
0.500
|
4.457
|
|
41
|
Çernoqoriya
|
0.500
|
0.500
|
1.125
|
1.750
|
0.000
|
3.875
|
|
42
|
Qazaxıstan
|
0.750
|
0.833
|
1.250
|
0.875
|
0.125
|
3.833
|
