1 iyul 2011 15:36
Vaqif Qasımov: İnanıram ki, AZAL Minskdə daha yaxşı oynayacaq
AZAL-ın prezidenti Vaqif Qasımov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə ilk oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində “təyyarəçilər”in rəhbəri 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Komandamız yaxşı oynadı, qələbəyə layiq idi. Amma elə əlverişli vəziyyətləri qola çevirə bilmədik ki, adam heç o haqda düşünmək də istəmir. Həm Elşən Məmmədovda, həm də Zohair Benuahidə qol vurmaq üçün əlverişli şanslar oldu. Təəssüf ki, alınmadı. AZAL-ın pis oynadığını deyə bilmərəm. Sadəcə qol vəziyyətlərindən istifadə baxımından çatışmazlıqlar var. İnanıram ki, səfər matçında daha yaxşı oynaya biləcəyik. Hücum xəttindəki problemləri həll etmək lazımdı. Nazim Süleymanov yaxşı komanda yaradıb. Bu dəfə qələbə qazana bilmədilər. İndi hər şeyə Minskdəki cavab matçında aydınlıq gələcək”.