1 iyul 2011 16:20
Qarabağ üçün Bakıya uzun dönüş yolu
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Litva “Banga”sı ilə qarşılaşan “Qarabağ” Bakıya dönməyə tələsmir. Azerisport.az xəbər verir ki, Qurban Qurbanov komandasının üzvlərinə rəqib üzərində 4:0 hesablı tarixi və parlaq qələbədən sonra istirahət verib.
Futbolçular sadəcə yüngül qaçışlarla məşq keçib. Daha sonra isə komanda Riqaya yola düşüb. Ağdam klubu Bakıya məhz Riqa-İstanbul-Bakı reysi ilə qayıdacaq.
