1 iyul 2011 16:48
Şahin Diniyev: Qarabağ və AZAL rəqiblərindən güclüdü
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev UEFA Avropa Liqasında ilk oyununa çıxan “Qarabağ” və AZAL-ın dünənki çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ”ı təbrik edirəm. Bu komanda Litva təmsilçisi ilə dueldə qələbə qazanmaqla demək olar ki, özünü ikinci təsnifat mərhələsinin iştirakçısı hesab edə bilər. Əlbəttə, futbolçular buna görə arxayınlaşmamalıdılar. Doğma azarkeşlərin gözü qarşısında da qələbə qazanmaq lazımdı. İnanmıram ki, “Banga” 0:4-dən sonra Bakıda nəsə edə bilsin. Çünki “Qarabağ” onlardan bir neçə dəfə güclüdü.

Amma AZAL-ın rəqibi “Banga”dan daha güclüdü. Paytaxt klubu da qələbə qazanmağa layiq idi. Sadəcə bəxti gətirmədi. Əgər onlar Minskdə də belə oynasalar, qələbə qazana bilərlər. AZAL rəqibindən güclüdü. Sadəcə ələ düşən vəziyyətlərdən yararlanmaq lazımdı. Dünən onlar cütün taleyini həll edə bilərdilər. Təbii ki, öz şanslarından yararlansaydılar”.