1 iyul 2011 17:09
Neftçi Albaniya çempionu ilə qarşılaşacaq
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlaşan "Neftçi" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Arif Əsədovun komandası bu gün səhər saatlarında onun rəhbərliyi altında məşq keçib.
Flaqman ikinci hazırlıq prosesində ilk yoxlama oyununu iyulun 2-də keçirəcək. Albaniya çempionu "Skenderbu" klubu ilə oyun Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
