1 iyul 2011 17:18
Mircavadov: Hər şey AZAL-ın öz əlindədi
Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən olan Ağasəlim Mircavadov UEFA Avropa Liqasında ilk oyununa çıxan “Qarabağ” və AZAL-ın dünənki çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“AZAL “Minsk”lə oyunda bütün bacarığını ortaya qoydu. Amma komandamızın bəxti gətirmədi. Qol vəziyyətləri kifayət qədər oldu. Qolu isə mövqe səhvi nəticəsində buraxdılar. Avrokuboklara yaxşı hazırlaşmaq lazımdı. Bəlkə də hazırlığı ölkə xaricində təşkil etsəydilər, yoldaşlıq görüşləri keçirsəydilər, belə olmazdı. Bu nəticəyə baxmayaraq, AZAL-ın şansı var. Hətta rəqib də komandamızın gücünü bildi. AZAL orda 1:0 qalib gələ bilər. Hər şey Nazim Süleymanovun yetirmələrinin əlindədi.
“Qarabağ”a gəlincə, burda hər şey artıq aydındı. Deməzdim ki, Litva klubu zəifdi. Sadəcə Ağdam klubu öz səviyyəsini göstərdi. “Qarabağ”ı növbəti mərhələyə adlaması münasibətilə təbrik edirəm”.
