1 iyul 2011 19:10
İsgəndər Cavadov: AZAL-a səfərdə evdəkindən də çətin olacaq
AFFA İcariyyə Komitəsinin üzvü İsgəndər Cavadov UEFA Avropa Liqasında ilk oyununa çıxan “Qarabağ” və AZAL-ın dünənki çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qarabağ” hamı necə gözləyirdisə, elə də oynadı. Bu komanda rəqibindən daha güclü idi və qələbə qazanmağa borclu idi. Onları təbrik edirəm, cavab görüşündə də qələbə gözləyirəm.
AZAL-a gəlincə, onların vəziyyəti bir qədər ağırdı. Şans var. Amma bir şey aydındı ki, səfərdə evdəkindən də çətin olacaq. Komandalar güclərinə görə demək olar ki, eynidilər. “Minsk”in futbolçuları daha ağıllı oyun sərgilədilər. Bütövlükdə, AZAL yaxşı oynadı. Sadəcə tablodakı 1:1 hesabı bizim xeyrimizə deyil. Futbolda əsas qoldu. AZAL da onu vura bilmədi. Fikrimcə, komanda Minskdə öz vəziyyətlərindən maksimum yararlanmaq haqda düşünməlidi”.
