1 iyul 2011 20:00
Dmitri Kruqlov Qəbələ yolunda
“İnter”in yollarını ayırdığı Dmitri Kruqlov bundan sonrakı karyerasını yenə Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun xidmətində “Qəbələ” maraqlıdı.
Bölgə təmsilçisinin çalışdırısı Toni Adams Estoniya yığmasının müdafiəçisinin xidmətində maraqlı olduğunu bildirib. Lakin hələlik bu transferin baş tutub-tutmayacağı dəqiq bilinmir. Amma hər şey “Qəbələ”nin İngiltərəyə təlim-məşq toplanışına yollanmasına kimi həll olunmalıdı.
Maraq üçün qeyd edək ki, Kruqlov bu kluba keçsə, “Qəbələ” bu yay “İnter”dən ayrılan üçüncü futbolçunu heyətinə qatmış olacaq. Dmitridən öncə artıq Aleksandr Çertoqanov və Rövşən Əmiraslanov Bakı klubunu “Qəbələ”yə dəyişib. Bütövlükdə isə bölgə təmsilçisi Çertoqanov və Əmiraslanovla yanaşı Mahir Şükürov, Vurğun Hüseynov, Daniel Lopes Kruz və Dodonu heyətinə qatıb.
