1 iyul 2011 20:08

UEFA da açıqladı: Maris Verpakovski rəsmən Bakı`da

"Bakı"nın heyətini Latviya futbolunun canlı əfsanəsi – Maris Verpakovski ilə gücləndirməyə çalışdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, paytaxt klubu artıq bu transferi tam həll edib.
 
Düzdü, paytaxt klubu hələlik bu keçid barədə rəsmi açıqlama yaymağa tələsmir (“Bakı”nın rəsmi saytının son dövrlər əvvəlki fəaliyyətindən, operativliyindən qat-qat uzaq olması ayrı söhbətin mövzusudu). Amma artıq UEFA-nın rəsmi saytının Latviya bürosu bu transferin rəsmiləşdiyini bəyan edib. Xəbərdə “zolaqlılar”ın bu oyunçu ilə iki illik rəsmi müqavilə bağladığı bildirilir. Verpakovski isə artıq komandanın Sloveniyadakı təlim məşq toplanışına qoşulub.
 
Artıq Starkov özü də bu transferin rəsmiləşdiyini etiraf edib və həm də Latviya yığmasında rəhbərliyi altında çıxış edən hücumçunun klubuna keçidinə münasibətini açıqlayıb: “Şübhəsiz, Marisin çoxsaylı təkliflər arasından məhz “Bakı”nı seçməsindən çox razıyam. O, yetkin və təcrübəli ustadı. Bizə çox fayda verə bilər. Əminəm ki, Verpakovski üçün də bu keçid çox vacibdi. O, motivasiyasını qətiyyən itirmir və daha da inkişaf edə bilər”.
 
Qeyd edək ki, 31 yaşlı Verpakovski karyerası ərzində karyerası ərzində Latviyanın "Baltika", "Metalurg", "Skonto" klublarında çıxış edib və 2003-cü ildə "Dinamo"ya transfer olunub. 2007-2008-ci illərdə o, İspaniyanın " Getafe " və "Celta", Xorvatiyanın "Hajduk" və Yunanıstanın "Ergotelis" klblarına icarəyə verilib. Latviya millisində 86 oyun keçirib və 28 qola imza atıb.
 
Verpakovski 2 dəfə Latviya çempionluğunu (2001, 2002), 2 dəfə Latviya Kubokunu (2001, 2002), 1 dəfə Ukrayna çempionluğunu (2004), 2 dəfə Ukrayna Kubokunu (2005, 2006) qazanıb. 2001, 2003 və 2008-ci illərdə Latviya millisi ilə "Baltika Kuboku"nun qalibi olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.