1 iyul 2011 11:18
DÇ-2012-nin seçmə oyunları Bakıda keçiriləcək
2012-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının çıxış edəcəyi qrupun oyunları Bakıda keçiriləcək. Azerisport.az xəbər verir ki, millimizin rəqibləri iyulun 7-də, Bakı vaxtı ilə saat 17:00-da, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
Seçmə mərhələnin oyunları dekabrın 14-dən 18-dək olan müddətdə keçiriləcək.
