1 iyul 2011 11:54
Yığmamızın Almaniyada növbəti sınağı
Almaniyada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir sınaq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, yığmamız Almaniyanın «Berlin Seleksiya Region» U-16 komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, qarşılaşma sabah - iyulun 2-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 12:45-də başlayacaq.
