1 iyul 2011 12:06
Qəbələ`ni Ukraynada dayandıran tapıldı
Ukrayna paytaxtı Kiyevdə “Obolon” turnirində qrup mərhələsini uğurla adlayan “Qəbələ”nin 13 yaşa kimi futbolçulardan ibarət komandası finala çıxmaq şansını dəyərləndirə bilməyib. Azerisport.az xəbər verir ki, yarımfinalda “Zvezda” (Kiyev) ilə qarşılaşan təmsilçimiz 1:3 hesabı ilə məğlub olub.
“Qəbələ”nin yeganə qolunu Murad Məmmədxanov aktivinə yazıb. Bu gün Hüseynqulu Quliyevin yetirmələri turnirdə son oyunlarını keçirəcəklər. Üçüncülük uğrunda mübarizə aparacaq “Qəbələ”nin rəqibi “Kiyev” FK olacaq.
