1 iyul 2011 12:22

Vaqif Cavadov: Volqa mənim keçidim üçün mümkün hər şeyi etdi

Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Rusiya Premyer Liqasında mübarizə aparan Nijni Novqorod “Volqa”sına transferi ilə bağlı müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Vaqif, yəqin ki, bu gün zənglər səni bezdirib...
- Elədi ki, var. Dostlar, tanışlar zəng vururlar. Karyeramdakı növbəti mərhələ münasibətilə təbrik edirlər. Özüm də şadam.
 
- “Volqa”ya keçidin necə alındı?
- Bu komandadan daha öncə də təklif almışdım. Amma bu dəfəki təklifi dəyərləndirməyə bilməzdim. Nijni Novqorod klubu mənim keçidim üçün mümkün hər şeyi etdi. Həm ötən, həm də bu mövsüm Rusiyanın digər klublarından təkliflər var idi. Amma “Volqa”nın təklifi daha konkret idi. Həm də mən özüm buna hazır olduğumu düşündüm.

- CSKA-nın əvəzedici komandasında oynadıqdan sonra Rusiyada çıxış etməmisiz. Rusiya Premyer Liqasında özünü göstərmək imkanını necə qarşıladınız?
- Əgər marağım olmasaydı, Rusiyaya qayıtmazdım. Belə bir imkan yarandığına görə çox şadam. Bundan mümkün qədər yaxşı istifadə etməyə çalışacağam. “Volqa”da səviyyəmin artacağına güvənirəm. Bundan əlavə hiss edirəm ki, yeni komandama lazımam. Xüsusilə də indiki vaxtında.

- Hollandiya çempionatı da güclü turnirdi. Niyə alınmadı?
- Hollandiyaya transferimdən cəmi bir həftə sonra dizimdən zədə aldım. Əməliyyat olundum, bundan sonra uzun müddət bərpa dövrü oldu. Formamı bərpa etmək üçün “Bakı”ya icarəyə verildim. İndi başa düşürəm ki, özümü güclü Rusiya Premyer Liqasında göstərmək üçün bütün bu prosesləri keçməliydim. Mən oynamağı çox istəyirəm.
 
- Funksional hazırlığını necə qiymətləndirərdiniz?
- Moskvaya gələnə kimi mən hər gün “Twente”nin heyətində gündə iki dəfə olmaqla məşqə çıxırdım. Hər şey qaydasındadı. “Volqa”nın Avstriya toplanışından sonra komandanın ilk oyununa kimi optimal forma yığacağıma inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.