1 iyul 2011 12:36
Bakı Verpakovskinin keçidini həll etdi
"Bakı" heyətini Latviya futbolunun canlı əfsanəsi ilə gücləndirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bir müddət əvvəl anlaşdığı Latviya yığmasının oyunçusu Maris Verpakovskini artıq heyətinə qatıb.
Belə ki, futbolçu artıq hazırlıqlarını Sloveniyada davam etdirən "Bakı"nın düşərgəsindədi. Onunla yaxın günlərdə 1+1 şərti ilə müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 31 yaşlı Verpakovski karyerası ərzində karyerası ərzində Latviyanın "Baltika", "Metalurg", "Skonto" klublarında çıxış edib və 2003-cü ildə "Dinamo"ya transfer olunub. 2007-2008-ci illərdə o, İspaniyanın "Xetafe" və "Selta", Xorvatiyanın "Hajduk" və Yunanıstanın "Erqotelis" klblarına icarəyə verilib. Latviya millisində 86 oyun keçirib və 28 qola imza atıb.
Verpakovski 2 dəfə Latviya çempionluğunu (2001, 2002), 2 dəfə Latviya Kubokunu (2001, 2002), 1 dəfə Ukrayna çempionluğunu (2004), 2 dəfə Ukrayna Kubokunu (2005, 2006) qazanıb. 2001, 2003 və 2008-ci illərdə Latviya millisi ilə "Baltika Kuboku"nun qalibi olub.
