1 iyul 2011 00:54

Qarabağ Streymur haqda düşünə bilər, AZAL isə...

Azərbaycan klublarının yeni avrokubok macərası start götürdü. Azerisport.az xəbər verir ki, Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə qoşulan iki təmsilçimizdən biri kifayət qədər yaxşı nəticəyə imza atmaqla bizi sevindirsə də, digəri gözəl şansdan yararlana bilməməklə vəziyyətini bir qədər çətinləşdirmiş oldu.
 
Evdə oynayan AZAL Belarus “Minsk”i ilə 1:1 hesablı heç-heçə etdi ki, bu da cavab görüşü öncəsi qətiyyən sərfəli nəticə hesab oluna bilməz. “Qarabağ” isə əksinə səfərdə çıxış etməsinə baxmayaraq Litva “Banga”sı üzərində tarixi qələbə qazanmaqla, demək olar ki, cütün taleyini elə bir oyuna həll etmiş oldu.
 
Əslində, AZAL-ın oyunu daha tez başlasa da, biz öncə məhz “Qarabağ”ın ilk oyununa nəzər salmaq istərdik. Hələ görüşdən əvvəl Qurban Qurbanov “Banga” ilə görüşdən ehtiyatlandığını gizlətməmiş, amma uğurlu nəticəyə inandığını dilə gətirmişdi. Gözlənildiyi kimi, onun yetirmələri litvalıların avrokuboklardakı debütünü yasa çevirməyi bacardılar. Hər halda oyun təcrübəsinin çoxluğuna görə bu yay ciddi matça çıxmamış “Qarabağ”dan fərqlənən “Banga” bu məqamı demək olar ki, hiss etdirə bilmədi. Ağdam klubu isə avrokuboklar təcrübəsinin çoxluğundan maksimum yararlandı və rəqibin baş məşqçisi Arminas Narbekovas dediyi kimi, onlara əsl futbol dərsi keçdi.
 
Ağdamlılar rəqibini daha çox topsuz oynamaqla məğlub etdi desək, yəqin ki, yanılmarıq. Hər halda ən azı ilk yarının statistikasına baxdıqda, topa yiyələnmə faizində “Qarabağ”ın üstünlüyü 90-ın 10 faizə idi. Bu isə Narbekovasın da dediyi kimi, onun yetirmələrinin tez yorulmasına gətirib çıxardı. “Qarabağ” isə bundan maksimum yararlandı. Rəqibin səviyyə fərqinin aşağı olması ağdamlıların vurduğu qollarda da öz əksini tapırdı. Hər halda həm Rəşad Sadiqovun, həm dubla imza atan Vüqar Nadirovun, həm də “Qarabağ”da debüt matçına çıxan Bəxtiyar Soltanovun qolu çox baxımlı alındı.
 
İndi bir həftə sonra Bakıda baş tutacaq qarşılaşmanın tamamilə formal xarakter daşıyacağına heç kim şübhə etmir. Qurbanov və onun yetirmələri indidən növbəti mərhələdə qarşılaşacaqları Farer adalarının “Streymur” klubu ilə dueli düşünə bilər. Bu mənada “Banga” ilə cavab matçında əsas gücün ehtiyat qüvvəyə verilməsi də pis olmazdı. Bu, həm onlara böyük təcrübə qazandırmış olar, həm də aparıcı futbolçuları zədədən qoruyar.
 
AZAL-a gəlincə, bu komanda ona bəslənilən ümidləri doğrulda bilmədi. Hər kəs Nazim Süleymanovun komandasının ən azı doğma meydandakı qarşılaşmada sərfəli nəticə qazanacağına inanırdı. Amma elə oyunun startındaca buraxılan qol bu ümidlərin üstündən böyük xətt çəkmiş oldu. Hətta bu qola erkən cavab verilməsi də ümidləri artırmadı. Necə ki, oyunun qalan dəqiqələrində də həm müdafiədə, həm də bütövlükdə komandanın oyununda ciddi səhvlər yetərincə idi.
 
Şübhəsiz, 1:1 hesabı AZAL-ın növbəti mərhələyə adlaması üçün qətiyyən ümidverici nəticə deyil. Bu, daha çox Belarus təmsilçisinin üstünlüyünü artırmış oldu. Amma daha çox təəssüfləndirən məqam “təyyarəçilər”in sərgilədiyi oyunla da hansısa ümid işartıları verməməsi oldu.
 
Hər halda ümid edək ki, Nazim Süleymanovun da komandası səfərdə bizləri təəccübləndirə biləcək və lazımı nəticəni qazanacaq. Avrokuboklarda debüt edən “Minsk” bu mənada ilk oyununu müsbət nəticə ilə bitirdisə, bu, onların daha ciddi rəqib olmasından xəbər verir. Odu ki, “təyyarəçilər” cavab görüşünə daha ciddi yanaşaraq, ən azı onların debütdə növbəti mərhələyə adlamasına mane olmalıdı. Əks halda AZAL-a bu uğursuzluq bağışlanmayacaq kimi görünür. Axı Süleymanov da oyundan öncə iddialı açıqlama ilə çıxış etmişdi: “Əgər “Minsk”i də keçə bilmirəmsə, niyə AZAL-da işləyirəm”?
 
Maraq üçün qeyd edək ki, bu komandalar arasındakı cavab görüşləri iyulun 7-də keçiriləcək.
 
Avropa Liqası
Birinci təsnifat mərhələsi
İlk oyunlar
30 iyun
 
BANGA – QARABAĞ - 0:4 (0:2)
 
Qollar: R.Sadiqov, 16 (0:1), V.Nadirov, 33 (0:2), V.Nadirov, 70 (0:3), B.Soltanov, 88 (0:4)
Vərəqələr: Serge Tatyefanq, 43, Andrey Usaçov, 66 - sarı.
Baş hakim: Torvaldor Arnason (İslandiya)
Qarqjday. “Qarqjday” stadionu.
 
BANGA: 1. Paulius Poçyus, 2. Deyvidas Padaygis, 5. Karolis Urbaitis (23. Anatoli Ostap, 46/8. Qayus Kulbis, 60), 7. Rimvidas Qrudis, 9. Andrius Lipskis (k), 10. Mikas Kura, 13. Mantas Qudauskas, 21. İrmantas Zelmikas, 25. Çaleb Ekuequo, 32. Serge Tatyefanq, 40. Andrey Usaçov, 55. Maryan Çoruzi (88. Marius Kazlauskas, 52).
Ehtiyat oyunçular: 77. Denis Komelçiks, 15. Gitis Qailius, 24. Giedrius Ratkus, 37. Mindaugas Bitinas.
 Baş məşqçi: Arminas Narbekovas.
QARABAĞ: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 6. Rəşad Sadiqov (k), 20. Nderim Nedzipi (2. Qara Qarayev, 80), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov (9.Bəxtiyar Soltanov, 71), 77. Georgi Adamiya (10.Emin İmaməliyev, 83).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4.Zaur Həşimov, 11.Rauf Əliyev, 23.Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
 
AZAL – MİNSK - 1:1 (1:1)
 
Qollar: İ.Voronkov, 11 (0:1), V.İbekoyi, 14 (1:1)
Vərəqələr: A.Raxmanov, 15, Y.Loşankov, 53, U.Nduka, 87, S.Qiqeviç, 90+2 - sarı.
Baş hakim: Andris Treymanis (Latviya)
Bakı. AZAL stadionu.
 
AZAL: 12. Cahangir Həsənzadı, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 20. Mənsur Limani, 24. Enyo Krastovçev (8. Elşən Məmmədov, 46), 17. Viktor İbekoyi, 7. Tərlan Xəlilov (10. Nuqzar Kvirtiya, 71), 23. Pius İkediya, 11 (9. Vüsal Qarayev, 77). Zohair Benuahi.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 14. Orxan Səfiyaroğlu, 18. Cavid Rəhimov, 19. Hüseyn Axundov.
Baş məşqçi: Nazim Süleymanov.
MİNSK: 1. Simas Skinderis, 2. İqor Voronkov (29. Nikolay Osipoviç), 5. Aleksandr Saçivko, 6. Andrey Razin (k), 7. Denis Saşeko (8. Sergey Qiqeviç, 90), 10. Roman Vasilyuk (17. Nikolay Zenko, 83), 11. Yevgeni Loşankov, 18. Dmitri Şeqrikoviç, 20. Artyom Raxmanov, 30. Taya Soro, 79. Yonas Pyatrauskas.
Ehtiyat oyunçular: 77. Artur Lesko, 14. Sergey Puşnyakov, 16. Kiril Pavlyuçek, 22. Donatas Navikas.
Baş məşqçi: Vitali Tarakanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.