2 iyul 2011 01:05
Bəxtiyar Soltanov: Yaxşı oyunçu olmaq üçün daha çox çalışmalıyam
“Qarabağ”ın yeni transferi, “Bakı”nın sabiq hücumçusu Bəxtiyar Soltanov Ağdam təmsilçisindəki rəqabətdən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bilirəm ki, “Qarabağ”ın hücum xəttində böyük rəqabət var. Özü də onlar hamısı qol vura bilən futbolçulardı. Bunlar Əfran İsmayılov, Georgi Adamiya, Vüqar Nadirov və Rauf Əliyevdi. Mən gözləməməliyəm ki, onlar oynamayanda meydana çıxım. Əksinə yaxşı oyunçu olmaq üçün daha çox çalışmalıyam”.