2 iyul 2011 01:14
Subaşiç özünə yeni komanda tapa bilmir
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç özünə yeni klub tapa bilmir. Azerisport.az xəbər verir ki, son mövsümü “Qəbələ”də keçirən, yayda isə klubla yollarını ayıran serb əsilli futbolçunun “İnter”ə keçəcəyinə dair xəbərlər yayılsa da, bu transfer baş tutmadı.
Bu üzdən də Branimirin gələcək karyerasını harda davam etdirəcəyi hələ də bilinmir. Hazırda o, Serbiyada istirahətlə məşğuldu.
